“Azturkalman Inşaat” 2007-ci ildə təsis edilmişdir, əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləridir. Şirkət yarandıqdan indiyədək çox sayda müxtəlif istiqamətli təmir dizayn işlərinin sifarişini qəbul etmiş , işləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Böyük təcrübə, yeni texnologiya və peşəkar heyət imkan verir ki şirkətimiz qəbul etdiyi sifarişləri yüksək keyfiyyətlə və zəmanətlə təhvil versin. Fəaliyyətimiz boyunca əldə etdiyimiz nəticələr qiymətləndirici şirkətlər tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir.
***
Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirməklə müştərilərini məmnun edir. Həmçinin yüksək zövqlə tərtib olunmuş dizayn işlərimiz tək ölkəmizdə deyil, hətda xarici vətəndaşların da marağına səbəb olmuşdur. Bunun nəticəsində şirkətimiz Rusiya federasiyasının paytaxtı Moskvada və Ukraina Respublikasının paytaxtı Kiyev şəhərlərində öz nümayəndəliyini quraraq çox sayda sifarişləri qəbul və icra edir. Daim yeniliklərlə tanınan şirkətimiz əhalinin bütün təbəqələrinin gəlirini nəzərə alaraq az təmin olunmuş təbəqə üçün kreditlə təmir kompaniyasına start vermişdir ki bu da ölkəmizdə bu sahədə atılmış ilk və uğurlu qədəmdir.
***
Yeniləşən dəblə ayaqlaşan şirkətimiz öz müştərilərinin ekskluziv istəklərini həyata keçirmək üçün geniş xarici ticari əlaqələri vasitəsilə ən son texnologiya əsasında hazırlanmış və yüksək zövqlə yaradılmış mebelləri, dekorları, ağac işləmələrini, elektrik avadanlıqlarların alınmasını və Azərbaycana gətirilməsini təmin edir. Biz təmir müddətində nəzarətə məsuliyyət daşıyırıq.
***
İşçi heyətinin hər bir üzvü- dizaynerlər, layihələndircilər, iş icraçıları öz sahəsi üzrə geniş biliyə və dərin təcrübəyə malikdir. Şirkətimizdə mütəmadi olaraq təşkil edilmiş kurs və dərnəklərə ustalar , və digər sahələrin mütəxəssisləri cəlb olunuraq iş keyfiyyətinin artırılması üçün attestasiya edilir. Onların hamısı daimi əməkdaşlardır. Keyfiyyətli nəticə üçün müasir materiallardan və tam avtomatlaşdırılmış alətlərdən istifadə olunur. Bizim layihə mütəxəssislərimiz və dizaynerlərimiz müasir dizayn növləri və stilləri üzrə böyük portfel yığa bilmişlər. Layihələr televiziya kanallarında və ixtisaslaşdırılmış jurnallarda yayımlanır.
***
Bütün layihələr nomalara uyğun olaraq texniki dəqiqliklə hazırlanır və həyata keçirilir ki bu da mövcud bazarda bizi digərlərindən daha çox fərqləndirir. Bununla yanaşı mütəxəssislərimiz tərəfindən kompyüterlə modelləşdirmə sayəsində siz gələcək evinizin, ofisinizin dizaynını detalları ilə seyr edə bilərsiniz.
***
Bizimlə işləmək sizə daha əlverişlidir. Biz hər bir müştərimizə əla servis və fərdi yanaşmanı təmin edirik.
• Layihələndirmənin fərdiliyi,
• Müqavilənin fərdi olaraq müştəriyə uyğunlaşdırılmış tərtibi,
• Fərdi ödəmə qrafiki,
• Fərdi güzəştlər.
***
Biz fəxr edirik ki bizim bütün müştərilərimiz bizdən razı qalır və öz tanıdıqlarına da bizi uyğun görürlər.
Ev Tikmək Məsuliyyətdir !